“Küçədən Keçən Adam haqda yazılar” (2017, Alatoran yayınları) kitabında Nərmin Kamalın 2017-ci ilədək yazdığı publisistik yazılardan 70-ə yaxın esse seçilərək toplanıb.

“Aç, mənəm” (2010, Qanun nəşriyyatı) Nərmin Kamalın ilk romanıdır. Nəsimi Milli Ədəbiyyat mükafatı və Azadlıq Radiosunun Oxu Zalı portalının “Gənc romançı” mükafatına layiq görülüb.

Nərmin Kamal Milli Elmlər Akademiyasının fəlsəfə tarixi ixtisası üzrə aspirantı olarkən “Umberto Eco və Postmodernizm fəlsəfəsi” dissertasiyasını yazıb. Kitabda (2008, Qanun nəşriyyatı) Azərbaycan dilində Postmodern fəlsəfəyə və U.Eco yaradıcılığına ilk dəfə informativ-analitik baxış həyata keçirilib. Kitaba fəlsəfə və filologiya üzrə yazılan müxtəlif elmi işlərdə, dissertasiyalarda dəfələrlə istinadlar olub. Kitabda müəllifin adı qəsdən göstərilmir, kitab danışmağa buradan başlayır, – zira, postmodern fəlsəfəyə görə deyən yox, deyilən önəmlidir. Oxucuların marağını nəzərə alaraq, 2012-ci ildə nəşriyyat tərəfindən təkrar nəşr edilib.

“Yaquar yerişli zaman” (2003, Adiloğlu nəşriyyatı) azad və yeni düşüncəli azərbaycanlı yazıçıların, şairlərin əsərlərindən ibarət ilk birgə antologiyadır. Kitabda Nərmin Kamalın 2000-ci illərin əvvəlində yazdığı modernist şeirlər var.

Nərmin Kamlaın Azərbaycan dilinə tərcümə etdiyi kitablar: